Şair yad elli bağda gərək kölgələnməsin,Yad gözlə baxmasın vətənə, özgələnməsin.Gəzsin vüqarla, vəcdə gəlib bəxtəvər kimi,Millət, vətən məhəbbəti qəlbində sönməsin.Məftun olub öz aləminə, öz cəlalına,“Mən, mən” deyib həyatda müqəvvaya dönməsin.Şair çəkinməsin, sözünü düz desin gərək,Nadanların yığıncağına düşsə dinməsin.Yaz, yaz dəmirçi oğlu sayaq yaz, Süleymanım,Şerin də qoy özün kimi təxtindən enməsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland