Gəlin gəlsin
Gün batdı, külək yatdı,Tox bir quzu tək yatdı.Tərpənmədi yarpaqlarGül yatdı, çiçək yatdı.
Yatmaqdan uzaqdım mən,Ulduzlara baxdım mən.Bir ulduz alıb göydənÖz köksümə taxdım mən.
Yer elçisi adlandım,Eşqimlə qanadlandım,Ulduzlara çatmaqçınMin zəhmətə qatlandım.
Qoy arzumu el bilsin!Göylərdə həyat gülsün,Aydan əziz oğlumçunBir nazlı gəlin gəlsin!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-gelin-gelsin
Use ← → keys to move, R for a random poem
More by this author
Doğmadır könlümüzə qeyrəti təbrizlilərin,Beçə baldan da şirin söhbəti təbrizlilərin.
Özümdə qalıbAdın dilimdə, bu gün də şirin dilimdə qalıbGözüm yolunda gözəl – dərdli Təbrizimdə qalıb.
Süleymana göstərin!Cənublu qardaşlarıma*Qırx il var ki, görməmişəm Təbrizi,
Həsrətimin yaşıHəsrətimin yaşı çoxdur yaşımdan,Hicran dərdli bir insanam, a dostlar!
Poems by other poets · Nature and spring
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
DağlarEy ağalar, tərk-i vətən olmuşamİtirdim Qəndab təki maralı dağlar
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,