Təbrizlilər
Doğmadır könlümüzə qeyrəti təbrizlilərin,Beçə baldan da şirin söhbəti təbrizlilərin.Bilirəm xeyli zamandır ki, mənimtək – bilirəmBir vüsal arzusudur həsrəti təbrizlilərin.İgid övladları dar gündə itirməz özünü,Yayılıb yer üzünə qüdrəti təbrizlilərin.Ölümün dik gözünə baxmağa öyrənmişlər,Bəllidir yadlara bu cürəti təbrizlilərin.Dözməz haqsızlığa, tarix bunu çox yaxşı bilir,Kişilikdir belə xasiyyəti təbrizlilərin.Duz-çörək kəsmişəm onlarla ağır günlərdə,Doğruluqdur əbədi sərvəti təbrizlilərin.Yaxşı niyyətlə gələn qəlbi təmiz hər qonağaHər zaman hədsiz olur hörməti təbrizlilərin.Analardan süd əmir körpəcə Səttarxanlar,Olacaq hər biri şan-şöhrəti təbrizlilərin!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-tebrizliler
Use ← → keys to move, R for a random poem
More by this author
Bu ellər sevməyib, sevə də bilməz,Özgə şöhrətinə göz dikənləri.
Yaxşı bir insan getdiSıramızdan necə gör yaxşı bir insan getdi,Köçdü son mənzilinə, köçdü, Süleyman getdi.
Sən yoldan keçəndəTəbrizli gözələ*Ayrılığın hər günü,
Dinəcəyəm mənAy ellər, sanmayın həyatda bir gün,Birgünlük şam kimi sönəcəyəm mən.
Poems by other poets · Separation
Yar bizim ilə yenə gör ki, ne al eylədi,Ta ki, yaşım qan ola, yanağın al eylədi.
Eşq camından içən kimsə huşyar olmazEşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydıNə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.