Yaxşı bir insan getdi
Sıramızdan necə gör yaxşı bir insan getdi,Köçdü son mənzilinə, köçdü, Süleyman getdi.Düz-çörək kəsdiyimiz illəri saldıqca yada –Deyirəm: – yox, yox, ölüm məncə yaraşmır bu ada.Olmayaydı bu səhər kaş ki bu qəm yüklü xəbər.Dostların can evini bir daha sarsıtdı kədər...
Nə qədər yazmaq olar! Qibtə edərdik ona biz,O, vətənçin gözəl övladdı əzizlərdən əziz.Yaşa dolduqca coşub yazdı yenə, yazdı yenə,Dedi: “Övlad gərək öz borcunu versin vətənə!”
Aldı hər qələmə inqilab övladlarını,Köçdüsə, qoydu vətənçin kitab övladlarını!Sıramızdan necə gör yaxşı bir insan getdi,Köçdü son mənzilə, getdi, Süleyman getdi!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-yaxsi-bir-insan-getdi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir dost kimi yetişərək harayına Arazın,Gözlərimi zilləyirəm o tayına Arazın.
Qolsuz qəhrəmanGecə dilsiz, yer-göy dilsiz, ay-ulduzlar yenə dilsiz,Saya gəlməz insan udur lal gecənin havasını.
Yeni kəndin işıqlarıTəbiətin qucağında, doğma Xəzər qırağında,Qəhrəmanlar ocağında, kefimizin şən çağında
MəsuməOlmuş hadisədir*Sərgərdan yaşından illər boyu sən,
Poems by other poets · Homeland
جانش مباد، هرکه کند از تو دل بری
BahalıqSaldı heyhat cahan mülkünə şöhrət bahalıq,Bir para xalqa verir xeyli əziyyət bahalıq.
Ana yurdum, hər daşına üz qoyumAna yurdum, hər daşına üz qoyum,Hər dərəndə çaldığım saz yaşayır.
DurnalarUçursunuz alnı açıq, üzü ağ,Bağrım çatlar sizdən almasam soraq.