Ana yurdum, hər daşına üz qoyum
Ana yurdum, hər daşına üz qoyum,Hər dərəndə çaldığım saz yaşayır.Kimi sənin çiynində,sən kiminin...Şöhrətini yaşadan az yaşayır.
Bu gileydən qəlbim yaman xallanır:Çox ünvanda qaçaq tərif yallanır.Bir ağılın budağından sallanıb,Neçə-neçə ağlı dayaz yaşayır.
Gülüm, bir də görüşünə yubansam,Adımı tut, harda dağlar dumansa.Gözünü sıx,Hansı daşda su yansa,O daş altda Məmməd Araz yaşayır.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-ana-yurdum-her-dasina-uz-qoyum
Use ← → keys to move, R for a random poem
More by this author
Boz qayalar çapıqlandı, qaraldı,Durnaları dönməz oldu dağların.
Dünya böyük, ömür yolu bir addımDünya böyük, ömür yolu bir addım,Bir balaca eşq adası yaratdım.
Ölüm qorxur qələmdənQələm mənim yol yoldaşım,Qələm mənim oxum, nizəm.
Unut məniDilim dinməz, kirpiklərim səs elər,Necə xoşdu – ürəyimi kəs elə...
Poems by other poets · Wisdom and advice
Dinlə əlhanını sınıq sazımın,Millətə qəlbən ağlayan bacıdır.
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,
MəndədiƏylən, oğlum, xəbər verim pərli pəkan məndədi,Yüz açar olsa açılmaz, bağlı dükan məndədi,
Analar ağlamasınTəkcə analar ağlamasın,Analar ağlayanda dözə bilmirəm.