Yüzün tək tazə gül yox busitanda,Boyun tək sərv yox baği-cəhanda.

Bu gün sənsən cəhanda şahi-xuban,Bolur hər padişahi bir zəmanda.Çirağ ilən fələk istər bulunmaz,Sənün tək ay zəminü asimanda.

Qara qıldı yüzimni bu könül kim,Qara bolsun yüzi iki cəhanda.

Yüzini badədən güllər ki, düşmişNə güldə vardurur, nə ərğəvanda.

Mana bir busə verü canımı al,Şərik olğay bu sudü ziyanda.

Qapunda Kişvərini sormagil kim,Yatur bir qarı it ol asitanda.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring