Xublar yanında ol şahi-cavanan bəllüdür
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Xublar yanında ol şahi-cavanan bəllüdür,Ləşkəri gər çox bolursa nola, sultan bəllüdür.
Yüz qəmər yüzlü sənəm gər doğsa, sənsən afitab,Dutsa yulduz gög yüzin xurşidi-taban bəllüdür.
Məndə daxi də’viyi-mehr vəfa bolsa, nola,Kimdə var çeşmi-tərü çaki-giriban bəllüdür.
Cövhəri-hüsnün çox, amma ləblərün ayruxsidür,Cövhəri dükkanidə lə’li-Bədəxşan bəllüdür.Bəllüdür xunabi-çeşmim içrə şəkli-qamətin,Seyli-ğəm dutsa cahanı, abi-heyvan bəllüdür.
Kişvəri meydani-eşqünə girib baş oynadur,Qılsa də’vi yüz dilavər, mərdi-meydan bəllüdür.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-xublar-yaninda-ol-sahi-cavanan-belludur
Use ← → keys to move, R for a random poem
More by this author
Yad eylə düşgəc şəbi-ğəm söhbəti-dilxahlar,Dartaram şəsrət bilə bagrımdan odlu ahlar.
Şol pəri-peykər ki, yüzindən niqab almış gəlürŞol pəri-peykər ki, yüzindən niqab almış gəlür,Bir mələkdür kim, fələkdin afitab almış gəlür.
Natəvan könlüm ki, lə’lindən zəkat almış gəlürNatəvan könlüm ki, lə’lindən zəkat almış gəlür,Sayrudur, dərman içün həbbi-nəbat almış gəlür.
Ey pəri, mən tilbəni gər yad qılssan, vəqtidürEy pəri, mən tilbəni gər yad qılssan, vəqtidür,Xatiri-naşadimi gər şad qılsan, vəqtidür.