Təğafül eyləmə, ey badi-səba
Təğafül eyləmə, ey badi-səba,Tezlik ilə yetir yarə dərdimi.Tutub səri-zülfün, dolan başına,Söylə şuxi-sitəmkarə dərdimi.
Alıbdı sinəmi möhnətü vərəm,Sübhü şam Allahdan ölüm istərəm,Nə yar yazı bilir, yazam göndərəm,Nə deyən var o dildarə dərdimi.
Səg rəqib bilməsin, düşərik qana,Sərzəniş yetişər bəlkə canana.Qorxuram cismü can alışıb yana,Tapşırmışam dili-zarə dərdimi.
Üz qoyub üstümə küduretü qəm,Yaş tökülür gözlərimdən dəmbədəm;Alov tutar kağız, alışar qələmSəbt etsələr hər tumarə dərdimi.
Mən Zakirəm, bu fələyə neylədim,Vermədi muradım, dedim, söylədim,Nə qədər ki, fikrü xəyal eylədim,Çıxartmadı bir kənarə dərdimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-tegaful-eyleme-ey-badi-seba
Use ← → keys to move, R for a random poem
More by this author
Ey Mehdiyi-zaman, şairi-dövran,Adam olan gərək danışa məqul;
ƏrizəNazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna*Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən*
Qalmadı bir ovuc qəllə, biz acıqQalmadı bir ovuc qəllə, biz acıqQurtulubdi bu afətdən o Dızaq,
Dəli könül nə düşübsən çöllərəDəli könül nə düşübsən çöllərə,Məgər usanmazsan yar aşiqidi,
Poems by other poets · Love
Ala gözlüm, məni Məcnun eylədin,Xumarranıb sərxoş baxma bir yana.
Eşq əhli ki, xali-ləbi-cananı öpərlərEşq əhli ki, xali-ləbi-cananı öpərlər,Ol Kəbə ara vermək üçün canı, öpərlər.
غیر را در بزم خاص آن سیمتن میپروردیوسف ما گرگ را در پیرهن میپرورد
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri