Təğafül eyləmə, ey badi-səba
Təğafül eyləmə, ey badi-səba,Bəlkə o gül üzlü yarı görəsən.Şərh edəsən ona dərdi-dilimi,Bir vosilə sala tarı görəsən.
Dolanıb başına sərvi-rəvanın,Döşən ayağına qaşı kamanın.Xəbər alsa səndən: o binəvanınNecə keçir ruzigarı görəsən?
Söylə ki, göz yolda könül, intizar,Şəm tək oturub sübhədən ağlar,Bu gün-sabah ölər, ixtiyarın var,Nə olur gedəsən, barı, görəsən.
Əmanətim budur, bir kənanrə çək,Yalvarıb, yapışıb, eylə əl-ətək;Gəlməkdə təğafül eyləsə, gərəkMəzəmmət edəsən, karı görəsən.
Zakir der: eybi yox xülqi xuyində,Şirin söhbətində, göftiguyində.Biz yad olduq, indi səri-kuyindəKimin vardır etibarı görəsən?
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-tegaful-eyleme-ey-badi-seba-2
Use ← → keys to move, R for a random poem
More by this author
Gecə ta sübhədək fəryad edər könlüm cərəslər tək,Nola fəryadə yetsən sən də bir fəryadrəslər tək.
Gərçi edib çoxların qəmzədəvü zar eşq.Gərçi edib çoxların qəmzədəvü zar eşq.Yoxdu vəli mən kimi hiç giriftari-eşq.
Gözüm qaldı eşikdə, yar dövlətxanədən çıxmazGözüm qaldı eşikdə, yar dövlətxanədən çıxmaz,Kosibdir şəfqətin aya məni-divanədən, çıxmaz.
Görənlər nərgisi-məstin, nigarım, öylə məst olmuşGörənlər nərgisi-məstin, nigarım, öylə məst olmuş,Çəkib səf dövri-çeşmində müjən tək paybəst olmuş.
Poems by other poets
Ala gözlü nazlı dilbər,Nur yağıbdı qabağından.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
GəlmişəmSəndən ayrılanda, dağlar, cavandım,İndi görüşünə qoca gəlmişəm.