Gərçi edib çoxların qəmzədəvü zar eşq.Yoxdu vəli mən kimi hiç giriftari-eşq.

Çəkmə cəfa, ey təbib, zaye olur zəhmətin,Ləli-ləbi-yardır çareyi-bimari-eşq.

Seyli-sisəm aləmi qərqə verər, olmasa,Zövrəqi birlə əgər xəlqə nigahdır eşq.

Mən necə meyxanədən əl götürüm, ondadırŞamü səhər mocməi-həmdəmü həmkari-eşq.

Kövsər ilə badədə fərq budur: nisyəniSud hesab eyləməz taciri-bazari-eşq.

Müğbəççeyi-gülüzar, saqiyi-siminbədən,Mütribi-kakilşikən çəngü dəfü tarü eşq.

Vamiqü Fərhadü Qeys getdi hamı nimməst,Yox bu kühən deyrdə mən kimi sərşari eşq.

Hər biri bir canibə etdi fərar əqlü huş,Mülki-dili paytəxt edəli sərdari-eşq

Duş gəzərkən yolum düşdü dəri-məscidə,Gördüm oturmuş neçə münkiri-əsrari-eşq.

Əl götürüb dərgəhi-hacətə övrad oxur,Zöhdü riyadən nə sud, olmasa asari-eşq.

Hər biri bir divdir surəti-insandə,Yoxsa olarda hanı həqqə səzavər eşq.

Talibi-canan gərək canü cahandan keçə,Sudü ziyan gözləməz mərdi-xiridari-eşq.

Sanma ki, qürbi-həqə yol bulasan bitəəb,Eyləməmiş imtəhan ta səni səd bar eşq.

Payi rəhi-səydə abiləriz olmamış,Dəsti-Kəlim olmadı məzhəri-ənvari-eşq.

Atəşi-duzəx sənə gülşən olur, qəlbiniButeyi-ixlasdə yandıra gər nari eşq.

Səhvü şəkin aləmi əmri-əlahiddədir,Şəkk var ol əmrdə, qeyrdir ətvari-eşq.

Xüm dibinə dürdvəş yatmayasan salha,Piri-müğan eyləməz məhrəmi-əsrari-eşq.

Məsiyətə qərqdir, ah, əgər yetməyəDadına bu Zakirin qafiləsalari-eşq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love