Bu dövri-fanidə beş gün kişininBir yaxşı, vəfalı yarı gərəkdir.Aralığa rəqib girə bilməyə,Bir-birinə etibarı gərəkdir.

Əhdi dürüst ola, iqrarı möhkəm,Gözündən irağa düşəndə bir dəmNə könlü açıla, nə ola xürrəm,Fikri, zikri sənin sarı gərəkdir.

Yadlar ilə danışmaya, gülməyə,Namünasib yerə gedib-gəlməyə,Hər sözü şəninə layiq bilməyə,Namusu qeyrəti, arı gərəkdir.

Naməhrəmə görünməyə, yan gəzə,Bihəya olmaya, adü san gəzə,Amma öz evində alişan gəzə,Ala, verə, ixtiyarı gərəkdir.

Cahillik zamanı keçibdir əgər,Geno yüz naxələf oğlana dəyər:Piranəsərlikdə bir belə dilbərYetirə Zakirə tarı, gərəkdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets