Tökər səndən ayrı, ey çeşmi xumar,Gecə-cündüz əşki-ali gözlərim.Nə deyir-dincəlir, nə qərar tapır,Dəmbədəm yadına salı gözəlerim.

Başadək olmadı didarın qismət,Qorxuram ki, ala canımı həsrət;O qədər çıxmadı, gördü aqibətSən gəzən yerləri xali gözlərim.

Firqət odu məni yandırıb yaxar,Sübhü şam didəmdən qanlı yaş axar;Viran olmuş bağda dolanıb baxarGah irəli, gahi dalı gözlərim.

Nə bilsin düşəcək qürbət diyarə,Sanırdı mümkündür daim nəzarə;Baxmaz idi zülfə, xalə, üzarə,Belə bilsə idi halı gözlərim.

Mən Zakirəm, nələr düşər xaşıma,Çərxi-fələk ağu qatdı aşıma.Bilirdim ki, əvvəl-axır başımaGətirəcək qalmaqalı gözlərim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation