Soruşdum dibərdən: yoxsa bərgi-gül
Soruşdum dibərdən: yoxsa bərgi-gülLətafəti tər bədəndən öyrənib?Dedi: təqərrübü yoxdur o qədər,Varsa da, eşidib gəndən, öyrənib.
Məhəbbət damını yırtıb çıxmağı,Səyyadının xanimanın yıxmağı,Yeriyəndə dönüb dalı baxmağıAhunun balası səndən öyrənib.
Zahirdi qəmzənin cigər sökməyi,Can almağı, nahaq qanlar tökməyi;Gözündə ox atıb, kaman çəkməyi,Belə billəm, o pürfəndən öyrənib.
Ay, gün camalını görəndən bəriSənsən dillərinin zikri, əzbəri.Naqisdi vəsfində Zöhrə, Müştəri,Çünki onlar özgəsindən öyrənib.
Görəndə Zakirdən istər yaşına,Bimürüvvət qoymaz dönəm başına,Deməz ki, pərvanə eşq ataşınaYanmağı binadən məndən öyrənib.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-sorusdum-diberden-yoxsa-bergi-gul
Use ← → keys to move, R for a random poem
More by this author
Üzvi-əzayi-xublərə padişah zülf,Xəncər-güzari-çeşmi-əmiri-sipah zülf,
Üzünü görsə əgər gərblər iymanə gəlirÜzünü görsə əgər gərblər iymanə gəlir,Küfrdən əl götürüb, rahi-müsəlmanə gəlir.
Fəsli bahar gəldi, könül, künci-bağ tutFəsli bahar gəldi, könül, künci-bağ tut,Möhnət bizi ayaqladı, bir dəm əyağ tut.
Fəsli bahar gəldi, könül, şad kam bulFəsli bahar gəldi, könül, şad kam bul,Yox etibar gərdişi-əyyamə, cam bul.
Poems by other poets
Əcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?
Təcnis: Səhər dost zülfünə şanə çəkəndəSəhər dost zülfünə şanə çəkəndəYayılar aləmə abular bular.
MəsləhətMəşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.