Sifariş eyləsəm badi-səbadən,Gərən, dərdim o cananə deyərmi?Dolanıb başına misli-pərvanə,Od tutuban yanə-yanə deyərmi?

Bu sitəmlər dili-zarə keçdiyin,Əl çəkməyib varə-varə keçdiyin,Uzun illər günüm qarə keçdiyin,Siyah zülfi pərişanə deyərmi?

Səğ rəqibdən məclis olanda xali,Çəkib bir kənara çeşmi-qəzəli,Üzün təmənnası, ləbin xəyalıSalıb binəvanı qanə, deyərmi?

Səbadən olmasa əgər bir çarə,Cürət eyləməsə deməyə yarə,Bu əhvalı o türreyi-tərrarə,Məhrəmdi, görəsən şanə deyərmi?

Zakirəm, kuyindən avarəyəm mən,Karü şüğlüm olub nəlavü şiyvən,Yad eyləyib bir yol, yarəb, görəsən,Harda qaldı o divanə deyərmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love