Fəsli bahar gəldi, könül, künci-bağ tut,Möhnət bizi ayaqladı, bir dəm əyağ tut.

Təsbih tarini neçə gün alma dəstinə,Dəsti-lətifi-saqiyi-simin-saq tut.

Çək yanına sürahını təqvavü taəti,Bilmərrə ta əvaxiri-şəban qıraq tut.

Tök cami-zərnigarə şəvəqgun badəni,Yəni fəraq şamına rövşən çıraq tut.

Zar eyləmişdi xəlqi fəğanü nəvalərin,Bir gəz özün də nayü nəvayə qulaq tut.

Hər kimsəyə öz adətincə ver şərabi-nab,Növbət mənə yetəndə, əzizim, çanaq tut.

Zakir, köç eylə, mənzili-məqsudə varid ol,Dünyanı bir ribat, özünü bir qonaq tut.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern