Könlüm yenə bülbül kimi şeydayi-vətəndir,Məcnun edən aşiqləri Leylayi-vətəndir.

Yüzlərlə gözəl aşiqi olsam da mən, ammaQəlbim yenə də aşiqi-sevdayi-vətəndir.

Dünyaya gözəllik verən, əlbəttə, günəşdir,Ondan da gözəl xəlqə təcəllayi-vətəndir.

Qoymaz bu müqəddəs yerə biganə toxunsun,Hər kəs ki, sədaqətlidir, əbnayi-vətəndir.

Tərifi-behişt eyləməsin xəlqimə heç kəs,Cənnət də, behişt də bizə səhrayi-vətəndir.

Vahid, elə zənn eylə ki, mən Yusifi-əsrəm,Məşuqə mənə eşqi Züleyxayi-vətəndir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love