Bilməm, nə etmişəm, yenə yar istəmir məni,Uymuş rəqibə nazlı nigar, istəmir məni.

Yandırdı daği-həsrəti ilə xəstə könlümü,Ol sərvboylu, laləüzar istəmir məni.

Yarımdan özgə nazlı gözəllərdə yox gözüm,Gül istəsin, cəhənnəmə, xar istəmir məni.

Bilməm, nə sirdir, o qara gözlü dilbərimHər dəm olanda məstü xumar istəmir məni?!

Əğyarə naz edir, məni dindirməyir o gül,Guya xəzan yetişdi, bahar istəmir məni.

Vahid, əgər ki, var bizə də naz edən gözəl,Mən sevdiyim o çeşmi-xumar istəmir məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love