Sən zülfünü aç, tök üzünə, şanəsi məndən,Zənciri nişan ver mənə, divanəsi məndən.

Sən aşiqi yandırmağa, mən yanmağa mail,Sən şəmini göstər mənə, pərvanəsi məndən.

Zülfün qədəri aşiq olan var sənə, ey gül,Sən söylə o məcnunları, əfsanəsi məndən!

Sərməst gözün fitnə, ləbin nəşəli badə,İçdir mənə ol badəni, peymanəsi məndən.

Sən naz ilə gül ki, sədəfin qiyməti artsın,Göz yaşı kimi incisi, dürdanəsi məndən.

Hərdən götür üzdən, gözəlim, əfiyi-zülfün,Çək zahirə gəncinəni, viranəsi məndən.

Vahid, meyi tərk etmək üçün piri-muğanın,Rəncidə olub bir neçə məstanəsi məndən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love