Fələk büküb belimi, intiqam alır məndən,Ədunu gör ki, bu halətlə kam alır məndən.

Mənimlə daim o kəslər ki, həmpiyalə idi,Nə cam lütf edir indi, nə cam alır məndən.

Qürurə mail olub bəzi həmdəmi-naqis,Nə varsa səbrü qərarım, təmam alır məndən.

Soruş ki, neyləmişəm mən bu mehrsiz fələkə,Nə varsa, səbrü qərarım, təmam alır məndən.

Nizamı gərdişi-çərxin nizamidən düşsün,Nizami-işrətimi binizam alır məndən.

Mənim bu halımı gördükcə şad olur düşmən,Sanır qisasə tapıbdır məqam, alır məndən.

Mətai-şerlə, Vahid, həmişə xoşhaləm,Vətən cocuqları şirin kəlam alır məndən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate