Sənin gözəlliyin, ey gül, bütün məlahətdir,Bu hüsn səndə ikən ən böyük səadətdir.

Rəqibə gözlərinin mail olduğun bilirəm,Mən arifəm, bir işarə mənə kifayətdir.

Qaşın, gözün, yerişin, kirpiyin, iki zülfün,Nə fitnədir bu yığıbsan, məgər qiyamətdir?

Heyf ki, qiymətini bilmədin, yanır ürəyim,Gözəl ki, bilmədi öz qiymətin, cinayətdir.

Deyim ki, gülmə, danışma, rəqibə naz etmə,Necə deyim, gözəlim, səndə gülmək adətdir.

Rəqibin aşiqisən, könlüm inciyib səndən,Gülündən ayrı salan bülbülü rəqabətdir.

Nə eybi var, yenə öz aşiqinlə gülsən əgər,Gülürsən özgələr ilə, bu ki xəyanətdir.

Şikayət eyləmə, Vahid, həmişə şükr eylə,Dayanmışıq, hələlik can ki var, səlamətdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love