Həyata zövq verən sevgidir, məhəbbətdir,Məhəbbət hər kəs üçün ən böyük səadətdir!

Nə məclisin olur olsun, ümumə xidmət elə,Ümumə xidmət özü başqa bir şərafətdir!

Büsati-meydə özün düz aparmayan kimsəNəsihət ilə düzəlməz, gədatəbiətdir!

Bir azca nəşələnib əzmə ruhin özgələrin,Utan bu tutduğun işdən, bu ki qəbahətdir!

Ətrafi-məclisi seyr et, ədəblə badəni iç,Nə gəldi ağzına, sərf eyləmək pis adətdir!

Ki, yoxsa pul da gedə, hörmətin də məclisdə,Bu məstlik, belə işrət görək nə hacətdir?

Nə tara fikir verirsən, nə də qəzəlxanə,Ya şerdir bu və ya nəğmədən ibarətdir?

Qədəh əlində gül ol, bülbül ol, görən kəslərDalınca söyləməsinlər: nə biləyaqətdir!

Bilərmi, cahilə yüz dəfə söyləsən, Vahid,Və lakin arifə bir kəlmə söz kifayətdir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring