Məftuni-şükufəzar bülbül,Xanəndeyi-xüldzar bülbül,Pirayeyi-laneyi-məani,Bəhcətgəhi-eşq tərcümani.

Oturmuş gülşəni-amalda irşad edər bülbül,Oxur əlhani-ürfan, nəğmələr inşad edər bülbül,Müəssir ləhcələrlə könlü oxşar, şad edər bülbül,Şaqır, cəh-cəh vurar, ibrazi-iste'dad edər bülbül,Əməlzarində bir ümmid üçün fəryad edər bülbül.

Əməlzari-fənada sanki doğmuş sübhi-amali,Edər nəşri-ziya afaqə nəcmi-bəxtü iqbali,Uçar sərbəst gülşəndə açılmış şəhpəri bali,Əsarətpərvərənə qibtəbəxş olmaqda əhvali,Şu hürriyyət baharında nələr dəryad edər bülbül!

Solub övraqi-bərraqi səfa qalmazsa sünbüldə,Bitəndə xarü xəslər cilvəgahi-qönçəvü güldə,Olanda xeyməzən zağan tərənnümgahi-bülbüldə,Bu hissiyyati-riqqətza olur surətnüma dildə,Cahanı titrədir, fəryadi-istimdad edər bülbül.

Nə dəm ağazi-pərvaz etsə şəhbazi-cəfamö'tad,Olursa xətvəndazi-çəmən səyyadi-istibdad,

Olur cəm'iyyəti-mürğan yədi-bidad ilə bərbad,Şu ülfətgahi-əmniyyət kəsilmiş şimdi zülmabad,Dəmadəm nifrəti-övladi-istibdad edər bülbül.

Məzalim bəzmgahi-işrətində zövqyab olsun,Nə qəm, yansın, yaxılsın, zülm görmüşlər kəbab olsun!Dilərsə seyli-istibdad ilə aləm xərab olsun!Şu işrətgahin, ey zalim, düçari-inqilab olsun!Cəfadən, zülmdən gülşəndə ahü dad edər bülbül.

Nə yerdə eyləsə dərdəst sazin mütribi-bidad,Qaçar huri-ədalət, rəqs edər ifriti-istibdad,Şu yerdə ərzi-didar eyləməz dildari-iste'dad,Edər hürriyyət ilə kəsbi-rövnəq təb'ü iste'dad,Boşansa həbsdən, ehrazi-iste'dad edər bülbül.

Nəsimi-sübhi-hürriyyət vəzan olduqda əfkarə,Səmərbəxşayi-feyz olmazmı fikri-bikr əhrarə?Verilməz isə abi-tərbiyət əzharü əşcarə,Edərmi kəsbi-iste'dad gülşən barü əsmarə?"Edək təhsili-hürriyyət" sözün övrad edər bülbül.

Bahari-feyzə irməzmi xəzanistanımız, bilməm?!Səbahi-vəslə yetməzmi şəbi-hicranımız, bilməm?!Təcəlla eyləməzmi dilbəri-vicdanımız, bilməm?!Rəvayihbəxş olmazmı güli-ürfanımız, bilməm?!Çiçəklər ərzi-əndam eyləsə, fəryad edər bülbül.

17 zilhiccə (2 fevral)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love