S.Səbur bəradərimə

Şe'rin, ədəbin nasiyeyi-şə'şə'ədari,Dilsiz vətənin bir dəhəni-feyznisari.Əcfani-bəşərdən tökülən atəşi-nabiŞe'r inciləri yapmada əngüşti-rübabi.Almas kimi göz yaşını kəskin nəzərinlə –Görməkdə və şe'r etmədə dəsti-hünərinlə.Bədbəxtlərə ağlayır avazi-rübabi,Həp zalimədir, zülmətə tövciyi-xitabi.Hər şe'ri birər nalesidir əhli-həyatın.Fikrət, yaşasın varlığın ilə nəğəmatın.Parlaq əməlin dəhrdə tənviri-həqiqət,Ciddən də böyüksən sən, əya həzrəti-Fikrət!Doğsaydı əgər Qərb cahanında o zatın,Şayisteyi-təqdis olurdu şu dühatın.Əfsus! Səni görmədə bu Məşriqi-nəşad,Ey hər sözü insanlıq üçün nəğmeyi-irşad!Bir Şərq ki, möhtaci-ziya səhni-zülami,Bir Şərq ki, acdır işığa xassü əvami.Ey nasiyeyi-asiyə, ey zülmətə asi.Ey fikri-nəcibanənin ən ülvi dühası.Ey ruhi-ədəb, ruhi-füsunsazi-məali,Ey aləmi-baladə uçan şairi-ali!Şe'rin əbədi bakirədir, bivə olurmu?Bir böylə gözəllik yaradan işvə olurmu?Ey bakirə əş'ar doğan şe'r Məsihi,Ey türklərin şairi-fəyyazü fəsihi.Küsmə, yenə ol saməi-ruhi-ədəbiyyat,Həp mürdədimağız, bizi canlat, bizi parlat.

Fikrinlə yaşa, elmü kəmalatı yaşat sən.Meydanda durur iştə o "Tarixi-qədim"in,Məhsuli deyildirmi şu bir fikri-səlimin?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice