Fələk istər sala daim məni, ey məh, cüda səndən,Olurmu, çəksin əl aşiq, söylə, ey məhliqa, səndən?

Cahanı rövşən eylərdi camali-mahi-ruxsarın,Görüb ruyini çıxmazdı, edərdi gün həya səndən.

Düşəndə yadimə, ey məhvəşi-siminbədən, ol dəm,Çəkərdim nəşələr əfzun məni-bəxti qara səndən.

Əsib bunca pərişan eyləmə sən zülfi-cananı,Şikayət eylərəm həqqə mən, ey badi-səba, səndən.

Cəfayi-xardən bülbül çəkib yüz min bəla gərçi,Mənimtək görməmiş yarə qəsəm, ey gül, bəla səndən.

Dəm vurma eşqdən, Vahid, keçən üşşaq imiş aşiq,Olub artıq, olar bu dərdi-eşqə mübtəla səndən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love