Coşdu mey, bənzədələr bəlkə ləbi-yarə onu,Bu öyünməkliyi tez saldı ayaqlarə onu.

Gəzdi əldən-ələ, ayinə də çox fəxr elədi,Aqibət əksi-rüxün söykədi divarə onu.

Gül də etmişdi camalinlə gözəllik bəhsin,Çəkdi axırda o yüngüllüyü bazarə onu.

Ey deyən, eşqdə pərvanə məhəbbət nə bilir,Bəs nə məcbur eləyir yanmağa odlarə onu?

Məni cananimə həsrət qoyanı, istəmişəmTale həsrət qoya öz sevdiyi dildarə onu!

Mən desəm, gəzmə rəqib ilə, nə mənası onun?Özü bilsin gərək ol dilbəri-məhparə onu.

Deməyin, eşqə düşən aşiqə olmaz çarə,Özü çox yaxşı bilir Vahidi-biçarə onu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love