Sevimlisən, gözəlim, gəzmə bivəfalar ilə,Məhəbbət ilə dolan yarü-aşinalər ilə.

Gözəlliyinlə qürur eyləmə, müvəqqətidir,Zəmanəmiz doludur nazlı məhliqalər ilə.

Vətəndə xəlq baxır zülmükara nifrətlə,Fəqirə, acizə, məzlumə mərhəbalər ilə.

Gözəllərin sitəmindən sızıldayır ürəyim,Toxunma, pərdə dolub ney kimi nəvalər ilə.

Bu nalələr səni də yandırıb-yaxar bir gün,Yox isə mərhəmətin gəzmə binəvalər ilə.

O şux baxışlarının fitnədir, xətadır işi,Min ehtiyat gərək gözləri qəralər ilə.

Mənə təxəllüsü Yusif verib dedi, Vahid,Gərək də fərqlənəsən sən bu xudnümalər ilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets