Sallana-sallana dövlətxanadan,Bir çıxa boyinə qurban olduğum.Göydə mələk, yerdə insan gözəliSənsən, xoş xoyinə qurban olduğum.

Hüsnün kitabını bülbüllər oxur,Yay qaşın bağrıma xədəngin toxur,Həlqə birçəyindən yasəmən qoxur,Bənəfşə muyinə qurban olduğum.

Ləblərin şirindir şərbətdən artıq,Üzünü görməkdir dövlətdən artıq,Eşiyindir sənin cənnətdən artıq,Kəbeyi-kuyinə qurban olduğum.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets