Görsəm, ey gül, ölərəm bir də səni xarilə,Əvvəl öldür məni, get sonra gəz əğyar ilə.

Əhd qıldın ki, vəfasızlığı tərk eyləyəsən,Varsan, əhsən sənə öz etdiyin iqrar ilə.

Sünbüli-zülfünə çoxdan vurulub badi-səba,Gecə-gündüz keçirir ömrünü gülzar ilə.

Tapmamışdır hələ bülbül sənə bənzər bir gül,Bağdən-bağə gəzir dideyi-xunbar ilə.

Qamətin sərvi, gözün nərgisi gözdən saldı,Dəhənin qönçəni lal eylədi güftar ilə.

Dil gözün fikrinə çox düşdü, xəyal eyləmədi:Rahət olmaz qoşulan məsti-xətakar ilə.

Dövlətim, simü zərim olmasa, Vahid, xoşdur,Gənci-təbim doludur gövhəri-əşar ilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love