Bir qoçuydum, çoxdu qabaq hörmətim,Xalqı döyüb, söymək idi sənətim,İndi qalıb ürəyimdə həsrətim,Öldürə bilmirəm, döyə bilmirəm,Heç kəsi incidib, söyə bilmirəm.

İncidirdim qabaq bənnə, fəhləni,Gətirmişdim təngə bütün məhləni,İndi döyüb, söyür hər yetən məni,Öldürə bilmirəm, döyə bilmirəm,Heç kəsi incidib, söyə bilmirəm.

O gündən ki, şəhrə düşüb inqilab,Bu qüssədən bağrım olubdur kabab,Körpələr də mənə qaytarır cavab,Öldürə bilmirəm, döyə bilmirəm,Heç kəsi incidib, söyə bilmirəm.

Əsirdi qonşular gələntək adım,Bir kişidən yox idi qorxum, zadım,İndi bəyənmir məni öz arvadım,Öldürə bilmirəm, döyə bilmirəm,Heç kəsi incidib, söyə bilmirəm.

Bundan əzəl qoçaqdım Fərhad kimi,Kəsdirərdim tinləri cəllad kimi.Girmişəm indi evə arvad kimi.Öldürə bilmirəm, döyə bilmirəm,Heç kəsi incidib, söyə bilmirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire