Ruxun göstərsə ol məhvəş əgər ziri-niqabindən,Yəqin ki, döndərər üz göydə fələk öz afitabindən.

Demin Məcnuna aşiq kim, deyildir ol mənə həmta,Qoyub səhraya üz, qaçmışdır ol eşqin əzabindən.

Nə məndə tab vardır, nazü qəmzə çəkməyə bir dəm,Nə də əl çəkməz ol yarım belə nazü itabindən.

Riya ilə mənə təklifi-məscid qılma, ey zahid,Günahkaram, məni əfv et, keçərmi kəs səvabindən?

Görüb ruxsarü zülfi-yarımı dün şəb məhi-taban,Üzün gizlətdi əbru zülmət içrə öz hicabindən.

Büsati-eşqdən, Vahid, bizi mən eyləyir zahid,Nə bilsin, bixəbərdir, dadmayıb eşqin şərabindən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love