Sureyi-vəş-şəmsdür rüxsari-zibası anun,Leylətül-me’rac iki zülfi-mütərrası anun.

Kihli-mazağ-ül-bəsərdür gözlərinün qarəsi,Şərbəti-Kövsər ləbi-lə’li-şəkərxası anun.

Kilki-qüdrətdən yazılmış arizində xətti-səbz,Hüsninə mənşuri-mişkin xali-tüğrası anun.

Taki, yüzindən götürdi bürqə, ol mahi-ərəb,Dutdi sər-tasər cahan aşübü ğövğası anun.

Qıldı rövşən külbeyi-tarikimi bir şəm, kim,Olsa yüz pərvanə, yox bir zərrə pərvası anun.Özgə olmadin tifeyl etsə ana yeridürür,Həşr güni kim, qıla adəm tamaşası anun.

Kişvərini vəsldən məşrum qılmazdı yə’qin,Ərzinə yetsəydi bu əbyati-ğərrası anun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love