Ey zülm evi, tez məhv olacaqsan təməlindən,Övladi-bəşər qurtaracaq qanlı əlindən.

Arxanca sovet süngüləri baş-başa çatmış,Guya xəbərin yoxdur hələ öz əcəlindən?

Tarix gələcək nəslə səni göstərəcəkdir,Nifrət yağacaq namına zərbülməsəlindən.

Qan-yaş tökür Avropa, bütün matəmə batmış,Çeynəndi cahan əhli bu murdar əməlindən.

Minlərcə bəşər nəsli qalıb yurduna həsrət,Min faciə baş verdi bu cəngü cədəlindən.

Namərdliyini xalqa sübut eylədin axır,Zatən elə sən xain imişsən əzəlindən.

Vahid! Vətən uğrunda məhəbbətlə qəzəl yaz,Duyduqca könül ləzzət ala hər qəzəlindən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland