Etməm, gözəlim, kimsəyə bir şikvə qəmindən,Yansam da, yaxılsam da tükənməz sitəmindən.

Dünyada sanardım əbədi ömrümü xoşbəxt,Öpsəydim əgər bir də mübarək qədəmindən.

Dönsün mənə bir zülmətə çərxin yeni ayi,Tutsam əgər artıq onu əbruyi-xəmindən.

Bu fəxr yetər kim, mənə üftadeyi-eşqəm,Sal başıma bir sayə humayi-kərəmindən.

Zahid! Rüxi-cananıma bir yol nəzər eylə,Vəsf etmə mənə bir daha baği-İrəmindən.

Mötadi-qəmi-eşqinəm, ölləm, bilir aləm,Bir ləhzə əgər ayrıla könlüm ələmindən.

Gül çəkdi xəcalət, üzünü gördü, qızardı,Ləbbəstəliyi qönçələr öyrəndi fəmindən.

Vahid! Bu qədər incə qəzəllər ki, yazırsan,Bir gün gələcək, od yağacaqdır qələmindən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love