Keçdi min naz ilə ol dilbəri-məhparə belə,Bir də dönsə, vuracaq sinəmə yüz yarə belə.

İncimə, aşiqə cövr eyləsə, biganəyə naz,O gülün bülbülə nazı belədir, xarə belə.

Zövqüm artar, üzü göyçəklərə düşdükcə yaxın,Hələ pərvanə özün vurmamış odlarə belə.

Hər kimə söylədim eşqində əsir olduğumu,Dedi: kim saldı bu dərdə səni, biçarə, belə?

Gözümün yaşını kuyində görənlər dedilər:Sevgilin tək nə gül olmaz, nə fəvvarə belə.

Dedim, ağ üstə nə növi görünür qarə, o məhTökdü zülfün üzə, ağ üstə, dedi, qarə, belə.

Vahid, hər kimsədə ki eşq, məhəbbət yoxdur,Almaram mən onu bir dirhəmü dinarə belə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love