Get, gülüm, get mənə sən can olasan, istəmirəm,İşvəli, sevgili canan olasan, istəmirəm!

Bir də göz yaşı töküb, kuyinə gəlməm, gözəlim,Görüb əhvalımı xəndan olasan, istəmirəm!

Bivəfalıqda bütün aləmə məşhur oldun,Sən əgər huriyü qılman olasan, istəmirəm!

Vurmusan sinəmə min yarə, kifayətdi mənə,Bu sınıq könlümə dərman olasan, istəmirəm!

Bivəfasan, deyiləm razı, öləndən sonraQəbrim üstündə nigahban olasan, istəmirəm!

Pis günümdə məni saldın nəzərindən, getdin,Yaxşı gündə mənə mehman olasan, istəmirəm!

Vahidin qiymətini bilmədin, incitdin onu,Elə ki, öldü, peşiman olasan, istəmirəm!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love