Ay Molla, bizə mərhəmətinlə nəzər eylə,Yaz jurnala elanımı, xalqa xəbər eylə.

Dərvişlərimiz keçmişə nisbət azalıbdır,Tən yarı gedib rəhmətə, indi nə qalıbdır?Lakin bu qalanlar da, görürsən, qocalıbdır,Lütfünlə yenə ölkəmizi bəxtəvər eylə,Yaz jurnala elanımı, xalqa xəbər eylə.

İstərsən əgər, el eləsin mollaya rəğbət,Biz onlara, onlar da bizə etməyə lənət,Lazımdır edək onları dərvişliyə dəvət.Qurbanın olum, tez bu işi birtəhər eylə,Yaz jurnala elanımı, xalqa xəbər eylə.

Dərvişsiz olan məmləkətin ləzzəti olmaz,Hərgiz mədəniləşməz, onun qiyməti olmaz.Elmi, ədəbi, məktəbi, ünsiyyəti olmaz,Bu yolda çalış, Molla dayı, bir hünər eylə.Yaz jurnala elanımı, xalqa xəbər eylə.

Dönnəm başına, durma di, min əyriplanə,Əvvəlcə gəzib Qafqazı, get sonra İranə,Bu məsələni söylə cəmi mərsiyəxanə,Səlyanə də, qurban sənə, dön bir güzər eylə,Yaz jurnala elanımı, xalqa xəbər eylə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland