Aman, ay Molla, bu şeri oxu, mənasına bax!Sərfinə, nəhvinə, imlasına, inşasına bax!

Şer yazmaqlığa, hərçənd ki, yoxdur həvəsim,Demirəm şair olum, çulğasın ətrafı səsim,Leyk var bir neçə söz yazmağa öz interesim,Oxu başdan-başa sən, gizli müəmmasına bax!Aman, ay Molla, bu şeri oxu, mənasına bax!

Düşməmişdir parapet səmtinə bir yol güzərin,Yetməmiş ordakı maklerlərə bir dəm nəzərin.Bir çoxu dəllal olubdu, niyə yoxdur xəbərin?Bircə gəl onların etdikləri sövdasına bax!Aman, ay Molla, bu şeri oxu, mənasına bax!

Yorulur, işləyir axşama kimi bir əmələ,Dincin almaqlığa bir dəm ki salır fürsət ələ,Görəcək əyləşən skamyada dəllaldır hələ.İşçinin bir yer üçün boş, quru xülyasına bax!Aman, ay Molla, bu şeri oxu, mənasına bax!

Hələ vardır neçəsi dinçi qoyubdur adını,Başlı-başına buraxıb evdəki öz arvadını,Şübhəsizdir, deyəcək, görsə gözəl yad qadını:– Bircə bu madmazelin surətü simasına bax! –Aman, ay Molla, bu şeri oxu, mənasına bax!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Satire