Məni atdın, gözəlim, özgələrə yar oldun,Neyləmişdim, mənə yar olmadın, əğyar oldun?

Bivəfa olmayasan, sən mənə söz vermiş idin,Niyə biganəyə axırda vəfadar oldun?

Mən ki hər möhnətə qatlaşmışam eşqində sənin,Nə səbəbdən mənə sən bir gül ikən xar oldun?

Hanı ol əhdə vəfa eylədiyin günlərimiz,Niyə əğyar kəməndinə giriftar oldun?

Min cəfa eyləyəsən, mən yenə eşqimdə varam,Mənə, hərçənd, əzəldən də cəfakar oldun.

Heyf, o zəhmətlərə, mən çəkmişəm eşqində sənin,Fikr edirdim mənə sən, bəlkə də, qəmxar oldun.

Özün axırda peşiman olacaqsan, bilirəm,Mənə rəhmin dəyişib, bəlkə, tərəfdar oldun.

Vahidəm, min bu qədər cövr edəsən, mən dözərəm,Məstsən, get hələ sən, bəlkə də huşyar oldun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love