Nə üçün hüsnünə, ey gül, belə məğrur oldun?
Nə üçün hüsnünə, ey gül, belə məğrur oldun?Bivəfalıqda bütün aləmə məşhur oldun.
Niyə öz aşiqini bunca nəzərdən saldın,Kimlər öyrətdi səni, ya niyə məcbur oldun?
Bəslədim zəhmət ilə qönçə zəmanında səni,Niyə gültək açılıb, qeyrilə məsrur oldun?
Tutdun əğyarı, məni hicr oduna yandırdın,Sənə biganə olan kəslər ilə cur oldun.
Özgələr məclisini güntək işıqlandırdın,Bizə yetdikdə nə tezkən belə binur oldun?
Verdin əğyarə nişan cümlə gözəlliklərini,Pərdeyi-zülflə görcək bizi məstur oldun.
Son hələ, Vahid, “ənəlhəqq” sözünü vird eylə,Bir soran olmadı səndən, niyə Mənsur oldun?
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-ne-ucun-husnune-ey-gul-bele-megrur-oldun
Use ← → keys to move, R for a random poem
More by this author
Gəlməsəydi, gözəlim, sən kimi canan Qubaya,Deyən olmazdı, inan, bağı-gülüstan Qubaya.
Gün cəmalin görsə, cana, məh yəqin eylər həyaGün cəmalin görsə, cana, məh yəqin eylər həya,Əxz edər çünki məhü xurşid ruyindən ziya.
Sən də, ey şair, əcəb dəmlər keçirdin əvvəlaSən də, ey şair, əcəb dəmlər keçirdin əvvəla,Mey içib meyxanənin babində çəkdin əssola.
Gülsə hər kimsə bizim dideyi-giryanımıza.Gülsə hər kimsə bizim dideyi-giryanımıza.Düşsün aləmdə, görüm, hali-pərişanımıza.
Poems by other poets · Love
Ey tərfə nigari, mah-ruxsar,Ey hur-ləqa, fəriştəkirdar,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,