Bir az da səbr elə, ey yari-mehriban, gəlirəm
Bir az da səbr elə, ey yari-mehriban, gəlirəm,Sənin yolunda fədadır bu cismü can, gəlirəm.
Vəfalı bülbülünəm, həsrəti-cəmalın ilə,Çəmən çiçəkləritək bağrım oldu qan, gəlirəm.
Əgərçi möhnəti-hicrinlə od tutub yanıram,Nə qəm ki, şövqi-vüsal ilə şadiman gəlirəm.
Yüz il gər ayrı düşək, xatirimdəsən, gözəlim,Sədaqətimlə məni eylə imtahan, gəlirəm.
Mənə təsəlli verən bir sənin xəyalındır,Bir özgə dilbərə halım deyil bəyan, gəlirəm.
Əgər behişt ola qürbət, yenə cəhənnəmdir,Vətən məhəbbəti vermir mənə aman, gəlirəm.
Mənim bu halımı, Vahid, nigarə tez yetirin,Unutmasın məni ol yari-həmzəban, gəlirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-bir-az-da-sebr-ele-ey-yari-mehriban-gelirem
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Öldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Yetişdi cana konul, ey nigar, rəhm eyləYetişdi cana konul, ey nigar, rəhm eylə,Qalıb yolunda gozum intizar, rəhm eylə!
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.