Bu qürbət ölkədə mən görmədim səfa, gedirəm,Bu qədri bəsdi mənə, çəkmişəm cəfa, gedirəm.

Fələk ayırdı məni mahru nigarimdən,Qəddimi əydi, günüm eylədi qara, gedirəm.

Olubdu məhrəmi-kuyin rəqib, mən məhrum,Bu zülmü gərçi mənə görmüsən rəva, gedirəm.

O çin zülfünə, ey ahuvəş, əsir idi dil,Yəqinim oldu ki, mən etmişəm xəta, gedirəm.

Həmişə adətin eşq əhlinə cəfadı sənin,Ki, səndə zərrəcə mən görmədim vəfa, gedirəm.

Xəyalə salcaq o qaşın xəyalını mən, bilHilali-nov kimi oldu qədim düta, gedirəm.

Fəraqi-cövrünü, Vahid, əgərçi bilsəydim,Ümmidi-vəslinə aldanmazdım ibtida, gedirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love