Sanma, könlüm bu çəmənzardə xürrəm kimidir,Yarsız aşiqə cənnət də cəhənnəm kimidir.

Açılır, zülfün açıldıqca tutulmuş könlüm,Zülfünü görmədiyim gün mənə matəm kimidir.

Yıxdı min aşiqi-biçarəni, bir qəmzən oxu,Mərhəba gözlərinin şəstinə, Rüstəm kimidir.

Özünü qaşlarının taqinə bənzətmək üçünYeni ayı fələkin indiyəcən xəm kimidir.

Gözəlim, lalə yanağındakı tər qətrələriTəzə gül yarpağı üstündəki şəbnəm kimidir.

Bir fəqir aşiq əgər sevgili cananı iləTuta mey camını əldə, o elə Cəm kimidir.

Dilbərim həmdəm olub qeyr ilə, Vahid, nə qəmim!Qəmi-eşqi mənə hicran günü həmdəm kimidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love