Mənim istəklim o üç nalız gözəldən biridir,Həmi göyçək, həmi on yeddi yaşından iridir.

Belə bir dilbər üçün can verən aşiq ölməz,Bəxtəvərdir, o bu dünya yaşadıqca diridir.

Nə cəfa etsə gözəllər mənə, eyb eyləməyin,O mənim qanə dönən könlümün öz təqsiridir.

Can fədadır elə cananə – vəfa əhli ola,Bivəfa olsa gözəl, aşiqin ömrün çürüdür.

Bilmədim, yar üçün əğyarə gedib yalvardım,Dedim, ey dil, dönəsən qanə, bu minnət yeridir?!

El yığıldı o gülün başına pərvanə kimi,Elə bildim, gözəlim eşq, məhəbbət piridir.

Sadə dildə bu qədər incə qəzəllər ki yazır,Bu yetər Vahidin haqqında ki: “el şairidir!”

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love