Olmaz
1-ci variant
Ey Salatın, aşiqlərin sərində,Sənin zülfün kimi bişitab olmaz!Camalinə Pəri, müştaq olalı,Bidar olan, gözlərimdə xab olmaz.
Misir şəhri derlər, ona varmışam,Yusif, Kənan sevdasma girmişəm,Mən fələk aymı göydə görmüşəmYerdə sənin kimi mahi-tab olmaz.
Qurbani der: budu səndə nəzərim,Mən səni sevmişəm gülüzlü yarım,Ta sən sağ ol, şirindilli nigarım,Mən ölsəm bu aləm, heç xarab olmaz.
2-ci variant
Ey şəmi-pərvanə, Salatın pəri,Sənin hüsnün kimi mahtab olmaz.Didarına sənin müştaq olanınBidar olur, gözlərində xab olmaz.
Misir şəhri derlər, ona gəlmişəm,Yusif Kənan sevdasına girmişəm.Mən fələk ayını göydə görmüşəm,Yerdə sənin kimi mahtab olmaz.
Ey qaşları kaman, kiprikləri ox,Gözləri hərami, qəmzələri şux,Gözəl adam, səni sevdim dəxi çox,Könül versə hamı, kimsə bab olmaz.
Qurbani der: Səndə çoxdur nəzərim,Burqədə yazıla sən mənim yarım,Ta sən sağ ol, tuti dilli nigarım,Mən ölsəm, bu aləm heç xarab olmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-olmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Aşiqəm, cismim əgər buzlu cəhənnəmdə yana,Daşımaz qorxulu dağlar bu tükənməz yasımı…
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən