Keçən şəb, Nuriya, könlüm pərişan oldu, bildinmi?Mənə vəsli-nigarım döndü hicran oldu, bildinmi?

Şərabi-nab ki, canan ilə bir yerdə içmişdim,Gözümdən gəldi, bağrım döndü al qan oldu, bildinmi?

Siz öz məşuqənizlə şadü xürrəm, eyşü işrətdə,Mənim qəm içrə könlüm mülki-viran oldu, bildinmi?

Mənə söz verdi, öldürsün, qurtarsın dərdi-firqətdən,Sözündən ol cəfapişə peşiman oldu, bildinmi?

Demişdim, kuyinə ol bivəfanın getməyim bir də,Həqiqət böylə bir əhd ilə peyman oldu, bildinmi?

Vəfasız, rəhmsiz bütlər əsiri olduq axirdə,Cahan eşq əhlinə getdikcə zindan oldu, bildinmi?

Bu insafsız gözəllərdən əziyyətlər çəkən Vahid,Sənə qurban olum, xak ilə yeksan oldu, bildinmi?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love