Bir qaragöz əldən aldı din ilə imanimi,Bağlayıb zülfü ayağım, qaşı tökdü qanimi.

Yeddi əflaki fəğanım çuğladı hicrində, ah!Bivəfa yarım eşitməzmi məgər əfqanimi?

Damənin tutdum, vüsalın istəyib ümmid ilə,Kəsdi ümidim, dedi, aşiq, burax damənimi.

Əcz ilə, cana, dedim, sənsən təbibi-eşqi kim,Bu mərizi-eşqə tapdım, şükürlər, dərmanimi.

Lütf qıl busə, nigara, Vahid olmuş müstəhəq,De zəkat ilə qəni etdim mən öz dərbanimi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love