Dağıtma gül üzə zülfün ay üzrə halə kimi
Dağıtma gül üzə zülfün ay üzrə halə kimi,Şərabdan bir əsər var ləbində lalə kimi.
Qızarmış arizinə tər əcəb gözəl yaraşır,Nə yaxşı görsənir, ey gül, gül üzrə jalə kimi!
Ləbin xəyali ilə kaş məclisi-meydəGəzəydim əldən-ələ bir qızıl piyalə kimi.
Görəndə qamətini göz yaşım olur cari,Çəməndə payinə sərvin axan şəlalə kimi.
Piyaləm əldə dolu söz açıldı-ləlindən,Məni bu nəşə götürdü meyi-düsalə kimi.
Həvayi-eşq ilə guya ki, bir şikəstə neyəm,Sızıldayır bədənim hər nəfəsdə nalə kimi.
Hədisi-zülfünü, Vahid, haçan ki, şərh elədim,Uzandı məsələ məclisdə bir risalə kimi.
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-dagitma-gul-uze-zulfun-ay-uzre-hale-kimi
Use ← → keys to move, R for a random poem
More by this author
Ləbinə bənzəməsəydi meyi meyxanələrin,Lalərəng olmaz idi çöhrəsi peymanələrin.
Yar üçün nazını çəkmək gərək əğyarlərinYar üçün nazını çəkmək gərək əğyarlərin,Gül üçün bülbülə min cövri yetər xarlərin.
Səfayi-söhbəti-cananı kim görüb, o desin!Səfayi-söhbəti-cananı kim görüb, o desin!Bəlayi-möhnətü hicranı kim görüb, o desin!
Zülfi-ənbərşikəni, ol büti-şəkkərsüxəninZülfi-ənbərşikəni, ol büti-şəkkərsüxəninYarın vəfası olmasa, biganə neyləsin?
Poems by other poets · Love
Sevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Ver bir xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.
Ey badi-səba, məndən ol yarə salam eyləEy badi-səba, məndən ol yarə salam eylə,Dərdü ələmim bildir dildarə, salam eylə.