Ey könül, sev elə cananı, güləndam olsun,Sözü şirin, özü bir şuxi-dilaram olsun.

Hər görəndə sənə məstanə gülüşlərlə baxanBu nəzakətlə o bir fitneyi-əyyam olsun.

Olasan ovçusu daim elə rəna gözəlin,Sənə ahu kimi hərdən özü də ram olsun.

Bundan artıq da səadətmi olar aşiq üçün,Yarı həmməclis, əlində meyi-gülfam olsun?!

Bu gözəl məclisimiz, ruhə qida musiqidir,Sakit əyləşməli, qoy musiqi itmam olsun!

Kamə yetməkliyə qoymur məni kuyində rəqib,Xəlqi nakam eləyən kəs özü nakam olsun!

Yarı əğyar ilə görcək, demə, fəryad eləmə,Gül ola xar ilə, bülbül necə aram olsun?

Elimiz şaddı, Vətən də gün-gündən abad,Yaşasın sülhü sevənlər – hamı xoşkam olsun!

Qorxma, eşq aləmi axır səni bədnam etsə,Gərək aşiqlik edən dəhrdə bədnam olsun.

Vahid, istərsən əgər, musiqidən zövq alasan,Məclisində həm Əbülfət, həmi Bəhram olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love