Mən istəyən gözəlin saçları ipək kimidir,Üzü çəməndə açılmış qızıl çiçək kimidir.

Olub əsiri, sevərdim o zülfü il uzunu,Bu dərd kəsir məni, heyif, bir az gödək kimidir.

Göyün gözəlləri aləm deyir, mələklərdir,Mənim də istədiyim yerdə bir mələk kimidir.

Gəhi rəqibə salır meylini, gah aşiqinə,Hayan gəlir – əsir ol bivəfa, külək kimidir.

Bu hüsnə bir də bəzək verməyin nə mənası?Gözəlliyin sənə, ey gül, elə bəzək kimidir!

Üzündə xalını gördüm gülüzlü dilbərimin,Bu rəngdə hil, dedim, olmaz, bu lap mixək kimidir.

Həmişə özgələr ilə deyib, gülüb, danışır,Mənimlə sirr nədir, sevgilim ögey kimidir?

İnanma, əl çəkə zahid ölüncə məsciddən,Xərabəlikdən uzaqlaşmaz – hörümçək kimidir.

Həmişə mən varam aləmdə, ölmərəm, Vahid!Əsər ki, qaldı cahanda, o, ölməmək kimidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love