Hər kəs cahanda dost ola bir xeyirxah ilə,Keçməz həyatı naleyü fəryadü ah ilə.

Könlüm gülüzlü bir gözəlin mübtəlasıdır,Hərgiz dəyişmərəm mən onu mehrü mah ilə.

Kuyi-nigarımın mən əzəldən gədasıyam,Bəhs eylərəm bu rütbəmlə padişah ilə.

Dəşti Xətada seyr edən ahuyə vermərəm,Ol nazənin baxanda mənə kəc nigah ilə.

Yarın cəfası olmasa biçarə aşiqə,Səhrayi-eşq dolmaz idi əşki-ah ilə.

Vahid, bu nazəninlərə çox bivəfa dedik,Tanrı bağışlamaz bizi böylə günah ilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love